"Mətbuatda uşaqlara aid kriminal mövzuların işıqlandırılmasına həssas yanaşılması çox vacibdir".
Tehsil.biz xəbər verir ki, bunu Mətbuat Şurasının Etika Komissiyasının sədri Qulu Məhərrəmli bildirib
Q.Məhərrəmli qeyd edib ki, media etikası baxımından belə hadisələrə həssas yanaşmaq hər bir qələm sahibinin borcudur:
"Məsələn, hansısa psixi pozuntusu olan şəxsin məktəbliyə münasibətdə seksual hərəkətlərə yol verdiyi üçün cinayət məsuliyyətinə cəlb olunması məlumat kimi çap oluna bilər. Amma bu məlumatı yayarkən siz uşağın adını dəyişir, amma günahkarın adını, yeri, məkanı, ünvanı olduğu kimi saxlayıb və baş vermiş hadisəni detalları ilə təsvir edirsinizsə, yanlışlığa yol verir və media etikasını pozursunuz. Nəticədə mahiyyəti və detalları bəlli olan hadisəyə görə zərərçəkmiş uşağın həyatının zəhərlənməsinə səbəb olursunuz. Ona görə də media etikası baxımından belə hadisələrə həssas yanaşmaq hər bir qələm sahibinin borcudur".
Mərcanə Əsədova