Logo

ADPU Filologiya fakültəsinin Elmi Şurasının illik yekun iclası keçirilmişdir

10.12.2025 12:41 51 baxış
IMG

Sədr, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova iclası giriş sözü ilə açaraq 2025-ci ilin yekunları üzrə fakültənin hesabatını şura iştirakçılarının nəzərinə çatdırmışdır.

Fakültənin tədris işləri üzrə dekan müavini Zemfira Abbasova, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Arzu İbrahimova və elmi işlər üzrə dekan müavini Gülər Süleymanova 2025/2026-ci tədris ili üzrə hesabatlarını təqdim etmiş, nəzərdə tutulan əsas yenilik və hədəfləri şura üzvlərinin diqqətinə çatdırmışlar.

İclasda ADPU Həmkarlar İttifaqı Komitəsi və fakültə dekanı dosent Könül Həsənova Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev, Xarici Dillər Mərkəzinin müəllimi Sarıgül Sadıxova və elmi işlər üzrə dekan müavini Gülər Süleymanovanı yubileyləri münasibətilə təbrik etmişlər.

İclas cari məsələlərin müzakirəsi ilə davam etmişdir.

 

 


 

Xəbər lenti