Gəncədə orta məktəb şagirdləri arasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
TƏHSİL.BİZ xəbər verir ki, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin bir qrup şagirdi yedikləri dönərdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara əsasən, 7 şagirdə zəhərlənmə diaqnozu qoyulub. Onlara zəruri tibbi yardım göstərilib.
Hazırda şagirdlərin səhhətinin orta-ağır olduğu bildirilir. Hadisə ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.