Logo

GDU “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb

09.12.2025 15:25 59 baxış
IMG

Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb. Mükafatın təqdim olunması məqsədilə ATGTİ-nin sədri Rəşad Zeynalov və nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub və rektor Yusif Yusibovla görüşüb.

Universitetdən TƏHSİL.BİZ-in bölgə müxbirinə verilən məlumata görə, rektor Yusif Yusibov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən gənclərin inkişafı istiqaməti üzrə təşkil edilən səmərəli layihələrin əhəmiyyətini qeyd edib. GDU Tələbə Gənclər Təşkilatının fəaliyyətindən bəhs edən rektor universitetin respublika və ölkəmizdən kənarda əldə etdiyi uğurlarından danışıb, hər zaman tələbələrə dəstək göstərəcəyini vurğulayıb.

ATGTİ-nin sədri Rəşad Zeynalov Gəncə Dövlət Universitetinin tələbələrinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini və önəmli rol oynadıqlarını diqqətə çatdırıb.

Yaxın zamanlarda ATGTİ ilə Gəncə Dövlət Universiteti arasında tələbələrin inkişafı istiqaməti üzrə uğurlu layihələrin həyata keçirilməsi müzakirə olunub, bəzi təkliflər irəli sürülüb.

Sonda GDU-nun rektoru Yusif Yusibova “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib.

Xəbər lenti