Logo

NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

29.05.2023 10:18 179 baxış
IMG

Hər il olduğu kimi bu il də gənclərə vətənpərvərlik hisslərini aşılamaq və dövlətçilik ənənələri yaşatmaq məqsədi ilə NAYORA tərəfindən bir sıra tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, ilk olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “İstiqlal Abidəsi”ni ziyarət edib, müasir Azərbaycanın qurucusu Heydər Əliyevi və Xalq Cümhuriyyətinin banilərini yad edərək, abidələri önünə gül dəstələri qoyublar.

Daha sonra “Müstəqilliyə gedən yol: Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda Azərbaycan Respublikasının sabiq baş naziri Həsən Həsənovla gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü baş tutub. Görüş zamanı Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri, sosial-siyasi fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması, inkişafı və üzləşdiyi çətinliklər, quruculuq işləri haqqında gəncləri məlumatlandırıb. Həmçinin yarımçıq qalan prosesin Ulu Öndərin hakimiyyəti illərində davam etdirildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında isə inkişafının ən yüksək mərhələsinə qədəm qoyduğunu, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanındığını xüsusilə vurğulayıb.

Xəbər lenti