Logo

MEK-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01.06.2023 18:13 164 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla həyata keçirir”, - deyə M.Əliyev bildirib.

Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlı övladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Xəbər lenti