Logo

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı nüfuzlu mükafatlara layiq görülüb

02.06.2023 11:16 175 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, İstanbul Texniki Universitetinin professoru Elmxan Mahmudov nüfuzlu mükafatlara layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verillib.

E.Mahmudov 2020-2022-ci illərdə dərc etdiyi məqalələrin, istinadların, dərs kreditlərinin və müdafiə etmiş aspirantların sayı, layihələrin və büdcəsinin miqdarı, icra olunan inzibati vəzifələr nəzərə alınmaqla aparılan qiymətləndirmə nəticəsində yüksək müvəffəqiyyətlərinə görə İstanbul Texniki Universiteti tərəfindən “Akademik performans mükafatı”na layiq görülüb. Alim bununla yanaşı, 2022-ci ildə universitetdə ən çox məqalə dərc edən elm adamı olaraq “2022 ilin nəşr mükafatı”nı qazanıb.

Qeyd edək ki, E.Mahmudov bu mükafatlara ilk dəfə 2021-ci ildə layiq görülüb.

Xəbər lenti