Logo

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu elmi əlaqələrini inkişaf etdirir

05.06.2023 10:03 223 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioentrgetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev və kiçik elmi işçi P.Səfərova və Türkiyənin Dokuz Eylül Universitetinin Biokimya bölməsinin professoru Levent Çavas və əməkdaşı Sema Doğmaz arasında onlayn formatda görüş keçirilib və elmi müzakirələr aparılıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Toplantının əsas mövzuları Xəzər və Egey dənizlərinin yosun bioresursları əsasında nanobiotexnoloji yollarla hidrogen enerjisi alınması məsələləri olub və bu istiqamətdə birgə əməkdaşlığa dair ilkin razılığa gəlinib. Xüsusi olaraq, birgə layihələrin hazırlanması, gənclərin elmi potensialından istifadə edilməsi, birgə tədqiqat işlərinin və təcrübə mübadiləsinin aparılması üçün səfərlərin təşkili müzakirə olunub.

Toplantıda elmi əlaqələrin gücləndirilməsi və birgə tədqiqat istiqamətlərinin daha da genişləndirilməsi üçün çalışmaların davam etdirilməsi qərara alınıb.

Xəbər lenti