Logo

“Şahdağın etnomədəni birlikləri keçmiş və gələcək arasında” adlı kitab nəşr olunub

03.10.2023 10:18 251 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlinin “Этнокультурные сообщества Шахдага между прошлым и будущим” (“Şahdağın etnomədəni birlikləri keçmiş və gələcək arasında”) adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda Quba rayonunun dağlıq hissəsində yaşayan Şahdağ qrupu xalqlarının müasir mədəni və sosial durumu təhlil edilir. Tədqiqatın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir. Yerli əhali arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik, tarixi yaddaş, ana dillərinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibətlər kimi problemlərə, iqtisadi və sosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlmişdir.

Monoqrafiyada Şahdağ etnomədəni birliklərinin timsalında Azərbaycanda gedən etnomədəni proseslərin xarakterinə, etnik mədəniyyətin problemləri və müasir vəziyyəti, ənənəvi davranış normaları və müasirlik münasibəti, eləcə də bu xalqlar arasında müasir etnodil prosesləri və s. məsələlər araşdırılır.

Xəbər lenti