Logo

“Gənclər Heydər Əliyev ideyalarının daşıyıcısıdır” - mühazirə

08.05.2025 08:50 88 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyində Milli Məclisin deputatı, BDU-nun məzunu Nigar Məmmədova tələbələrə “Gənclər Heydər Əliyev ideyalarının daşıyıcısıdır” mövzusunda mühazirə deyib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetdə iki ildən artıq müddətdə davam edən “Heydər Əliyev mühazirələri” layihəsinin Ulu Öndərin zəngin irsinin tələbələrə aşılanmasında əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, Azərbaycanda gənclər siyasətinin formalaşmasında, milli dəyərlərin, vətənpərvərlik ruhunun inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Daha sonra deputat tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti