Mayın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Nguyen Van Phuc ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.