Logo

MÜTDA: Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

08.05.2025 12:56 77 baxış
IMG

2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

Xəbər lenti