Logo

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

08.09.2025 17:04 71 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.

TƏHSİL.BİZ xəbər verir ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.


 

Xəbər lenti