Logo

AzMİU tələbəsi beynəlxalq olimpiadada birincilik qazandı

07.11.2025 14:54 51 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin I kurs tələbəsi Jalə Kərimova (qrup 565a3) beynəlxalq səviyyədə əlamətdar nailiyyət əldə edib.

TƏHSİL.BİZ  xəbər verir ki, J.Kərimova “İQ Land” təşkilatının təşəbbüsü ilə Dubay şəhərində (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən Beynəlxalq İngilis Dili Olimpiadasında uğurla iştirak edib və yüksək nəticə göstərib.

Jalə Kərimova olimpiadada nümayiş etdirdiyi bilik və bacarığı sayəsində B2 səviyyəsi üzrə I yerə layiq görülüb. Bu uğur onun şəxsi səylərinin, eləcə də Dizayn fakültəsində həyata keçirilən keyfiyyətli tədris prosesinin, innovativ yanaşmaların və tələbə potensialının inkişafına yönəlmiş mühitin bariz göstəricisidir.

Xəbər lenti