Logo

Qəbələ Peşə Mərkəzində liderlik təlimi təşkil olunub

10.12.2025 12:25 45 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti “Peşə təhsili müəssisələrinin idarəçiliyi üzrə liderlik” təlim kursunu uğurla başa vurublar.

Mərkəzdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.

Təlimdə Bakı ilə yanaşı, regionlardan olan peşə təhsili müəssisələrinin əməkdaşları da iştirak ediblər. Təlim kursunun məqsədi strateji idarəetmə, tədris və daxili nizam-intizamın təşkili, maliyyə idarəetməsi, normativ sənədlərlə işləmə bacarıqlarının inkişaf etdirilməsidir. 

Təlim 60 saatlıq proqram əsasında onlayn formatda (həftədə 3 gün) keçirilib. 5 modullu proqram üzrə imtahanlar təşkil olunub, son modul üzrə isə hazırlanan Strateji İnkişaf Planları təqdim edilib və müzakirə olunub. 

Təlimi uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunublar.

 

Xəbər lenti