Logo

STEAM mərkəzlərində vakansiyalar elan olunub

10.12.2025 14:53 111 baxış
IMG

Şəmkir, Masazır, Ağdaş, Bərdə, Qax STEAM mərkəzlərində vakansiyalar elan olunub.

TƏHSİL..BİZ xəbər verir ki, müraciət etmək istəyən şəxslər CV-lərini 20 dekabr 2025-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər.

Qeyd edək ki, CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Nümunə: Ağdaş STEAM Mərkəzi). 

Tələblər:
- Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
- STEAM sahəsinə dair iş təcrübəsi;
- Analitik və problem həlletmə bacarıqları;
- Əməkdaşlıq və kommunikasiya bacarıqları;
- Çevik iş mühiti və dəyişkən layihələrə uyğunlaşma bacarığı;
- Uşaqlarla işləməyi sevən, öyrətməyə və öyrənməyə açıq.

Əməkhaqqı müsahibə zamanı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun təyin olunacaq.

Xəbər lenti