Logo

Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilir

28.09.2021 15:25 385 baxış
IMG

Sentyabrın 28-dən 2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün davam edəcək.

Tehsil.biz-in xəbərinə görə, müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb.

Bu mərhələdə namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub.

Müraciətçilərə imtahana keçid və imtahan tarixi ilə bağlı SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yerləşdirilib. 

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Sentyabrın 28-dən 2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün davam edəcək. 

Müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb. 

Xəbər lenti