Logo

Nazir: "Qapalı şəraitdə qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər"

02.12.2021 12:50 355 baxış
IMG

"Pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, buna görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür:

"Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Lakin bakalavr pilləsində ixtisasları darlaşdırmaq yox, bacarıq sahələri gətirilməlidir. Bundan sonra artıq ixtisasları daraltmaq olar. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm. İtirilmiş öyrənmə məsələsinə gəldikdə isə, bu, daha çox itirilmiş inkişafdır. İtirilmiş öyrənmə yalnız bilik və bacarıq deyil. Ən önəmli məsələ odur ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər. Ona görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür".

Xəbər lenti