Logo

Sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Tut əlimdən!” adlı satış- sərgisi keçirilib

03.12.2021 16:14 145 baxış
IMG

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunmuş sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Tut əlimdən!” adlı satış-sərgisi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək olmaqdan ibarət olub. 

Satış-sərgidə respublika üzrə sağlamlıq imkanları məhdud uşaq və gənclərin dulusçuluq, misgərlik, ağac üzərində oyma, bədii tikmə, toxuma və qurama nümunələri, muncuqla iş, şüşənin bədii tərtibatı, qədim xalq sənəti nümunələrinin bütün növləri üzrə əl işləri nümayiş olunub.

Satış-sərgidə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Nəqliyyat Agentliyinin rəsmiləri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivi iştirak edib.

Qonaqlar tərəfindən maraqla qarşılanan sərgidə əl işlərindən əldə olunan gəlir sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunub.

Xəbər lenti