Logo

TKTA ilə Niderlandın “Elsevier” korporasiyası arasında görüş keçirilib

19.05.2022 00:07 254 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə “Elsevier”in Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Tayfun Basal, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Analitik təhlil şöbəsinin müdiri Nəriman Qəhrəmanlı iştirak edib. Görüş zamanı ölkəmizin beynəlxalq və regional arenada elmi-tədqiqat fəaliyyəti üzrə əsas göstəriciləri, o cümlədən aidiyyəti sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Elsevier” ilə TKTA arasında əməkdaşlığın əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.

Xəbər lenti