2018 – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi.
Sənəvi sənədin həmin sənəsində istiqlaliyyətpərvər müəllimimiz Şirməmməd Hüseynov istiqbalən vacib "Qardaş səsi" əsərində Azərbaycan elani-istiqlalının il dönümü münasibətilə “Yaş Türkistan” məcmuəsində dərc olunan məqalədən misal çəkir:
" – Azərbaycan xalqı, bundan 13 il əvvəl kəndi istiqlalını elan etdi və Türk xalqları tarixində ilk Cümhuriyyəti təsis eylədi. Azərbaycan Cümhuriyyəti ancaq iki ilə qədər davam etdi isə də, bu az vaxt içində azərbaycanlı arqadaşlarımız müstəqil dövlət həyatına ləyaqətlərini isbat edə bildilər".
"Yaş Türkistan" məqaləsində deyildiyi kimi, azərbaycanlı arqadaşlar dövlət həyatına ləyaqətlərini isbat etdilər. Bu, türk dünyasında – Şərqdə ilk parlamentli respublika quran babalarımızın tanhuluğundan xəbər verirdi. Bu, türk dünyası dühatlarının dühalılığının təzahürü, ləyaqətlərinin mücəssəməsi idi.
Türk insanı müdam milli ləyaqətlə, bəşəri duyğularla hərəkət edib. Bunu Şirməmməd Hüseynovun "Türk ziyalıları haqqında" məqaləsində görmək olur. "Bir gecəlik söhbətin min gecəlik mabədi" (atalar sözü) olduğu kimi, bu məqalənin də türk insanı üçün bir ömürlük başucalığı var.
Dünən – 5 noyabr. Şirməmməd Hüseynovun "Qardaş səsi" əsərinin dərc olunma tarixidir.
Bu gün – 3 oktyabr. Dünya türklərinin həmrəylik günüdür.
Sabah –5 oktyabr. Beynəlxalq müəllimlər günüdür.
Təqvimin tənadi düzülüşünün tənzim qüvvəsində bir rəqəm də yer alır:
Dünəni, bu günü, sabahı əlaqələndirən – 3 oktyabr. Tələbəyə dost, qardaş olan Samir Xalidoğlunun doğum günü.
Göründüyü kimi təqvimin tənadi tamlığı – 535.
Ümumiyyətlə, 3:
– keçmişin, indinin və gələcəyin rəqəmidir...
– Vətən torpaqlarının: Tərtərin Suqovuşan, Talış kəndləri; Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri; Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinin düşməndən azad olduğu tarixdir.
Yekun olaraq Əli bəy Hüseynzadənin 3-lü düsturu ilə dünənə, bu günə və sabaha bağlı olan "İslam əqidəli, Türk qanlı, Avropa qiyafəli" müəllimimizə – Samir Xalidoğluya səadətli, şükümlü günlər diləyirəm...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi