"ADA-nın Şəkidəki yeni kampusu gözəl bir restavrasiya nümunəsidir".
Bunu bu gün ADA Universitetində xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı universitetin rektoru Hafiz Paşayev deyib.
O bildirib ki, bu layihə İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü ilə reallaşdırılıb, ADA Universiteti və Politecnico di Milano arasında əməkdaşlığın bir nümunəsidir.
Beləliklə, İtaliya-Azərbaycan arasındakı münasibətlərə daha bir töhfə vermiş olacağıq.
Xatırladaq ki, ADA Universitetinin Dizayn və memarlıq fakültəsi Şəkidə Xan Sarayının yaxınlığında yerləşir.
Ötən il noyabrın 27-də ADA Universiteti İtaliya-Azərbaycan Universitetinin layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.