Azərbaycanlı riyaziyyatçı alim Kamal Soltanov dünya alimlərinin minillərdir tapa bilmədiyi “Navye-Stoks bərabərliyi”ni həll edib.
Belə ki, “Navye-Stoks bərabərliyi” uzun illər həlli tapılmayan 7 riyazi problemdən biridir. Sözügedən 7 riyazi problemdən yalnız biri- “Puankare hipotezi” 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.
Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı açıqlama da verib: “Navye-Stoks bərabərliyi” qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiylar sinfində olduğu tapılıb. Amma “həll təkdir, yoxsa çoxdur” sualı açıq qalıb. Buna görə də 90 il idi heç bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm”.
O, 13 il Türkiyənin Hacettepe universitetində işlədikdən sonra 2020-ci ildən bu yana tədqiqatlarını İğdır univeresitetində davam etdirir.