Logo

ADPU-da Nizami Gəncəvi dövrünün böyük mütəfəkkiri kimi” mövzusunda seminar keçirilib

24.04.2021 11:49 828 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris Departamentinin Məzun Koordinasiya və Karyera Bölməsi ilə Bakı şəhəri 328 nömrəli tam orta məktəbin əməkdaşlığı çərçivəsində   “Nizami Gəncəvi dövrünün böyük mütəfəkkiri kimi” mövzusunda seminar keçirilib.

 

Seminarda orta məktəbin müəllimləri və yuxarı siniflərin istedadlı şagirdlərindən ibarət “Kiçik Akademiya”sının üzvləri iştirak edib. 


Giriş sözü ilə çıxış edən ADPU-nun Tədris Departamentinin Məzun Koordinasiya və Karyera bölməsinin müdiri Könül Əsgərova universitetlə məktəb arasında əməkdaşlıq və bu xüsusda keçirilən ortaq tədbirlərdən söz açıb. Bugünkü tədbirin dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edildiyini bildirən K.Əsgərova seminarın məktəb müəllimləri və şagirdləri üçün olduqca mühüm olacağını qeyd edib.


Dünya şöhrətli mütəfəkkirin yaradıcılığının müasir dövr üçün ən aktual məsələlərindən danışan ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov dolğun məruzəsi olduqca maraqla qarşılanıb.


Sonda çıxış edən məktəbin direktoru Asif Nəbiyev məhsuldar seminara görə öz təşəkkürünü bildirərək ADPU-nun Tədris Departamentinin Məzun Koordinasiya və Karyera Bölməsi ilə mövcud əlaqələrin və əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacib olduğunu vuyrğulayıb.

 

Direktor qeyd edib ki, ADPU ölkəmizin ümumtəhsil sisteminin formalaşmasına yön verən bir ali təhsil müəssisəsidir və elə o özü də məhz bu universitetin məzunudur.

Xəbər lenti