Logo

Gənclərin dünyasında süni zəkanın imkanları müzakirə olunub

08.04.2025 09:43 173 baxış
IMG

Xəzər Universiteti və Sumqayıt Dünya məktəbinin təşkilatçılığı ilə  “Gənclərin dünyası, dünyanın gəncləri" adlı tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir sərgiyə baxış və Xəzər Universitetinin Kamera Orkestrinin çıxışı ilə başlayıb. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil mütəxəssisləri ilə iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Semedlinin moderatorluğu ilə "Süni intellekt və gənclər: Sonsuz imkanlar" mövzusunda aparılan panel müzakirələrin qonaq spikerləri- Çankaya Universiteti rektor müşaviri, professor Buket Akkoyunlu, Dünya məktəbinin və Boston Universitetinin məzunu, "Neurotime" şirkətinin rəhbəri, "Novix Capital" və "BH Media" şirkətlərində Müşahidə Şurasının sədri Vüqar Cavadov, Almaniyada süni zəka üzrə "İlin gənc tədqiqatçısı", "Mercedes Benz Consulting" şirkətinin Süni intellekt üzrə məsləhətçisi, "Google" şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk Azərbaycanlı qalibi Günay Kazımzadə süni zəka ilə bağlı maraqlı və dərin məzmunlu fikirlərini bölüşdülər, sualları cavablandırdılar. 

Tədbirin digər spikerləri - Xəzər Universiteti və Dünya Məktəbinin qurucusu, riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Isaxanlı, AMEA müxbir üzvü, professor Misir Merdanov və millət vəkili Ceyhun Məmmədov da çıxış etdilər.

 

 

 

 


 

Xəbər lenti