Logo

Şabran məktəbliləri qızıl medal qazandılar

15.04.2025 10:21 75 baxış
IMG

13 aprel tarixində Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbinin boks idman növü üzrə yetirmələri böyük uğura imza atıblar.

Bu barədə TƏHSİL.BİZ -ə idarədən məlumat verilib.

Bildirilib ki, Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova (40 kq çəki dərəcəsində) və Xumar Cəfərli (70 kq çəki dərəcəsində) mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.

 

 

 

 


 

Xəbər lenti