BSU-da İTİC-2025 III beynəlxalq elmi konfransı çərçivəsində xarici ekspertlərlə təcrübə mübadiləsi görüşü keçirilib
TƏHSİL.BİZ xəbər verir ki,aprelin 11-də Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC-2025) III beynəlxalq elmi konfransı çərçivəsində müzakirə formatında görüş təşkil olunub.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyinin Məzmun və tədris məsələləri sektorunun məsləhətçisi Anar Xələfov, Kozsalin Texnologiya Universitetinin əməkdaşları Adam Jagiello-Rusilovski və Dorota Maeviç, Roma Məktəb Direktorları Assosiasiyasının vitse-prezidenti Covanni Kolyandro, “EduCluster Finland” Dövlət Təhsil Şəbəkəsinin nümayəndəsi Heli Parhiala, Qdansk Universitetinin əməkdaşı Marsin Bariçko, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21 ümumtəhsil müəssisəsinin rəhbərləri və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Müzakirə formatında keçirilən görüşün əsas məqsədi ümumtəhsil müəssisələrinin rəhbərlərinin BSU-nun İTİC layihəsinə daha aktiv cəlb olunması, qarşılıqlı öyrənmə mühitinin yaradılması, inklüziv təhsilin təşkili, monitorinqi və qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub. Görüş zamanı, həmçinin layihənin ilk koordinasiya toplantısının tarixi də müəyyənləşdirilib.