Logo

ADNSU və Strasburq Universitetinin birgə doktorantı Avropada mükafat qazandı

15.04.2025 11:34 59 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin birgə doktorantı, UFAZ-ın məzunu Bəylər Zərbəliyev Fransız Zeolit Assosiasiyasının (Groupe Français des Zéolithes – GFZ) 40-cı illik konqresində “Ən yaxşı şifahi təqdimat” mükafatı ilə təltif edilib.

Bu barədə ADNSU-dan  TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Fransada keçirilən və məsaməli materiallar, zeolitlər və əlaqəli sahələr üzrə aparıcı beynəlxalq tədqiqatçıları bir araya gətirən bu konqres, son elmi yeniliklərin, qabaqcıl tədqiqatların və yeni texnologiyaların paylaşılması üçün əhəmiyyətli bir platforma rolunu oynayıb.

Qeyd edək ki, onun təqdimatı doktorantura araşdırmasının bir hissəsinə əsaslanırdı və konqresin münsiflər heyəti tərəfindən elmi mükəmməlliyi, kommunikasiya bacarığı və innovativ yanaşmasına görə yüksək qiymətləndirilib. O, yüksək səviyyəli tədqiqatçıların iştirak etdiyi rəqabətli mühitdə fərqlənərək “TotalEnergies” tərəfindən təqdim olunan “Ən yaxşı şifahi təqdimat” mükafatına layiq görülüb.

Konqres çərçivəsində həmçinin aparıcı beynəlxalq mütəxəssislərin çıxışları, interaktiv sessiyalar və poster təqdimatları da baş tutub.


 

Xəbər lenti