5 aprel tarixində “Azercell Cup” müsabiqəsinin birinci mərhələsi onlayn formatda keçirilib.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqə müddətində iştirakçılar tərəfindən göndərilən 3960 həll avtomatik qiymətləndirmə sistemi vasitəsi ilə yoxlanılaraq dəyərləndirilib.
Ümumilikdə 0 baldan yüksək nəticə göstərən 216 nəfər növbəti mərhələdə iştirak hüququ qazanıb. Müsabiqənin nəticələri ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz: https://azercellcup.org/competition/115/leaderboard
Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.