2024-cü ildə baş tutan bütün imtahanlarda markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənilib.
TƏHSİL. BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edərkən deyib.
O bildirib ki, müəllimlər qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrdə, mətn və tapşırıq tərtibetmədə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisə etmə kimi fəaliyyətlərdə tətbiq edə bilərlər. Bu fəaliyyət onların fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün də yaxşı bir imkandır.
A.Qasımov həmçinin markerlərin kifayət qədər əməkhaqqı ilə təmin olunduğunu da qeyd edib.