Logo

Süni intellektin turizmdə tətbiqi: perspektivlər və problemlər

11.04.2025 16:31 189 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının “Turizm dərnəyi”ndə “Süni intellektin turizmdə tətbiqi: perspektivlər və problemlər” mövzusunda elmi-nəzəri seminar keçirilib.

ATMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, seminarda Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynov turizm sahəsində süni intellekt texnologiyalarının artan rolundan, dəyişdirici güc mənbəyi olmasından, ətraf mühitin davamlılığından tutmuş ziyarətçilərin təkmilləşdirilmiş təcrübəsinə qədər geniş bir sahəni ehtiva etməyindən danışıb. O, süni intellektin turizm ekosistemində müsbət dəyişikliklər yaradacağını xüsusi vurğulayıb, həmçinin süni intellektin davamlı və dayanıqlı turizm sənayesinin inkişafına böyük təkan verəcəyini diqqətə çatdırıb.

Turizm biznesi kafedrasının müəllimi Şamil Mehdi süni intellektin turizm sektorunda tətbiq sahələri, qarşıya çıxan çətinliklər və perspektivlərə münasibətini bildirib. Turizm təhsil platformasında süni intellektdən istifadənin zəruriliyindən bəhs edib.

Seminarda bu istiqamətdə tədqiqatlar aparılmasının vacibliyi xüsusi vurğulanıb.

Xəbər lenti