Azər Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Texnologiyaları kafedrasının tam ştatlı müəllimidir. 2016-cı ildə 685 bal toplayaraq BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub. 2023-cü ildə Amerikanın George Washington Universitetinin Kompüter elmləri və Data Analitikası ixtisasından məzun olub.
Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib. Bildirilib ki, Azər Əliyev hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-də (yarımştat olaraq) proqram təminatçısı (Software Developer) vəzifəsində çalışır. O, BANM-da Data Strukturlar və Alqoritmlər, habelə C proqramlaşdırma dili fənlərini tədris edir.
Rəhbəri olduğu BHOS1 komandası ICPC 2025 Dünya Finalında ölkəmizi bu il təmsil edəcək.
Azər Əliyev tələbəlik illərində beynəlxalq ACM ICPC proqramlaşdırma yarışında 4 dəfə ölkəmizi təmsil edib. “Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı”nda II yerə layiq görülüb.