Logo

Dağlıq Şirvanda PISA tədqiqatı keçirilib

07.05.2025 16:14 95 baxış
IMG

5–7 may tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri üçün “PISA” – kompüter əsaslı beynəlxalq qiymətləndirmə tədqiqatı həyata keçirilib.

Bu barədə  TƏHSİL.BİZ-ə Regional Təhsil Idarəsindən məlumat verilib. Bildirilib ki, tədqiqatda ümumilikdə 134 nəfər 15 yaşlı şagird iştirak edib.
Qobustan şəhəri 3 nömrəli tam orta məktəbdə təşkil olunan qiymətləndirməyə Qobustan rayonu üzrə 2, Şamaxı rayonu üzrə 1 məktəbdən olmaqla, ümumilikdə 29 şagird cəlb olunub. İsmayıllı üzrə isə keçirilən tədqiqatda rayonun 5 məktəbindən ümumilikdə 105 nəfər şagird iştirak edib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təşkil olunan bu onlayn qiymətləndirmə PISA beynəlxalq tədqiqatı çərçivəsində aparılıb. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək, bu biliklərin real həyatda tətbiqinə dair qabiliyyətlərini qiymətləndirməkdir.

“Məktəblilər üçün PISA” tədqiqatı dünya üzrə şagirdlərin təhsil keyfiyyətini ölçmək və ölkələrin təhsil sistemlərinin müqayisəli təhlilini aparmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 

 

 


 

Xəbər lenti