Logo

100 minə yaxın uşaq birinci sinfə qəbul olub

08.05.2025 12:40 87 baxış
IMG

2025–2026-cı tədris ili üzrə birinci sinfə qəbul prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə verilən xəbərə görə, mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Hazırkı mərhələdə valideynlər övladları üçün istədikləri məktəbi və müəllimi elektron şəkildə seçə bilirlər.

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi artıq tamamlanıb.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qeydiyyat və seçim edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə alternativ qeydiyyat mərkəzlərinə, MÜTDA-nın və yerli idarəetmə bölmələrinin “Çağrı mərkəzləri”nə, həmçinin ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmək tövsiyə olunur.

Xəbər lenti