Logo

ATİAHİ bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir

26.05.2025 14:34 102 baxış
IMG

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) beynəlxalq həmkarlar ittifaqları hərəkatının fəal üzvü kimi bir sıra nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlıq edir.

TƏHSİL.BİZ  xəbər verir ki, ATİAHİ Respublika Komitəsi Beynəlxalq Təhsil Birliyi (Education International – EI), Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi (ETUCE), Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi (UAESEB), Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi (MOP) kimi təşkilatların üzvüdür.

Bu əməkdaşlıq qlobal həmrəylik və qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsinə böyük töhfə verir.

ATİAHİ-nin beynəlxalq platformalarda fəal iştirakı, eyni zamanda Azərbaycan təhsil ictimaiyyətinin tanınmasına və beynəlxalq aləmdə nüfuzunun artmasına imkan yaradır.

Xəbər lenti