Logo

ADNSU-da doktorantura səviyyəsində xarici dil üzrə sınaq imtahanı keçirilib

26.05.2025 14:53 112 baxış
IMG

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantura səviyyəsində xarici dil (ingilis dili) üzrə sınaq imtahanı keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, ADNSU-da ilk dəfə ödənişsiz əsaslarla təşkil olunan bu sınaq imtahanında iştirak etmək üçün 215 nəfər qeydiyyatdan keçib. Onlardan 77 nəfəri hazırda magistratura təhsili alan, 138 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilib.

Sınaq imtahanlarında ADNSU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin magistrləri və məzunları iştirak ediblər.

 

 

 

 


 

Xəbər lenti