Logo

AzMİU əməkdaşları Sumqayıt məktəbliləri ilə görüşüblər

26.05.2025 16:01 103 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat komandası Sumqayıt şəhər ümumtəhsil məktəblərinin buraxılış sinifləri ilə görüş keçirib. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşün əsas məqsədi abituriyentləri AzMİU-nun fəaliyyəti, təhsil imkanları və qəbul prosesi barədə maarifləndirmək olub.

TƏHSİL.BİZ xəbər verir ki, görüşdə AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov və məktəblilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan prorektor Orxan Naqdiyev abituriyetləri salamlayaraq onlara AzMİU-da tələbələrə yaradılan şəraitdən, memarlıq, inşaat və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera imkanlarından danışıb. 

Sonra İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn fakültəsinin dekanı Fərid Kərimov çıxış edərək qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, eyni zamanda ikili diplom proqramları və onlara müraciət qaydaları, ixtisaslar üzrə ölkə daxili və xarici təcrübə şanslarından söhbət açıblar.

Sual-cavab sessiyası zamanı abituriyentlərin ünvanladıqları suallar cavablandırıb, fakültələrin ixtisaslaşma istiqamətləri və gələcək perspektivləri haqqında məlumat verilib.

Tədbir musiqi nömrəsi ilə davam etdirilib. Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərən üç abituriyentə AzMİU tərəfindən xatirə hədiyyələri təqdim olunub. 

Zalda iştirak edən bütün şagirdlərə universitet haqqında məlumatlandırıcı buklet və broşürlər paylanılıb.

 

 

 

 


 

Xəbər lenti