Logo

SDU-da “İnsan hüquqları aylığı” çərçivəsində seminar keçirilib

27.05.2025 08:48 88 baxış
IMG

Mayın 26-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində “18 May – 18 İyun İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar təşkil olunub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Filologiya fakültəsinin I və III kurs tələbələri iştirak ediblər. 

Seminarı giriş sözü ilə fakültənin müəllimi Əfsanə İsmayılova açaraq tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, bu cür maarifləndirici tədbirlər gənclərin hüquqi düşüncəsinin formalaşmasına, hüquqşünaslıq sahəsinə marağın artmasına və hüquqi maarifləndirmənin gücləndirilməsinə dəyərli töhfələr verir. Sonra Fəlsəfə, politologiya və sosiologiya kafedrasının dosenti Əminə Həsənova çıxış edərək insan hüquqlarının mahiyyəti, beynəlxalq hüquq normalarında əksi, Azərbaycan Respublikasının Konstitusiyasında bu hüquqların təminatı və vətəndaşların hüquqlarının qorunması mexanizmləri barədə məlumat verib. O vurğulayıb ki, insan hüquqları cəmiyyətin inkişafının təməl prinsiplərindəndir və onların qorunması dövlət ilə vətəndaş cəmiyyətinin birgə fəaliyyətini zəruri edir. 

Dosent Əminə Həsənova, eyni zamanda, tələbələrə hüquqlarının necə və hansı vasitələrlə müdafiə oluna biləcəyi barədə praktik tövsiyələr verib. O, insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmənin vacibliyini bir daha diqqətə çatdırıb. Tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, tələbələrin hüquqla bağlı ünvanladıqları suallar ətraflı cavablandırılıb.

Xəbər lenti