Logo

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27.05.2025 16:15 106 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. 

Həmçinin ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

 

 

 


 

Xəbər lenti