Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən peşə təmayüllü siniflərin təşkil olunduğu müəssisələrdə monitorinqlər aparılıb.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, 100 ümumi təhsil müəssisəsinin 200 ixtisas qrupunda emalatxana otaqlarının vəziyyəti, ixtisas müəllimləri və qrup rəhbərlərinin dərs prosesindəki fəaliyyəti, şagirdlərin dərsdə iştirakı, maddi-texniki baza və tədrisə dair sənədləşmə prosesinin yoxlanılması üzrə aparılan monitorinqlər başa çatıb.