Logo

Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq

12.12.2025 16:16 55 baxış
IMG

“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.

O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.

Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional "TəhsilPlus" layihəsinin məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirməkdir.

Xəbər lenti