Logo

Gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair zona üzrə təlim kursu keçirilib

10.08.2021 15:34 715 baxış
IMG

06-07 avqust 2021-ci il tarixlərdə Qəbələ rayonunda Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarının Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlındıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, müxtəlif proqrmalrda işləmək bacarıqları təkmilləşdirilib. 
 
Təlimlər vasitəsilə zonlar üzrə bütün rayon və şəhərlərin Gənclər və İdman İdarələrinin və Gənclər Evlərinin əhatə edilməsi nəzərdə tutulub.

Xəbər lenti