Biz son illər demək olar ki, heç vaxt əl ilə yazmırıq. Kiçik motor bacarıqları mühüm bacarıq olaraq yox olur.
Bizim öz yaddaşımıza da getdikcə daha az ehtiyacımız var. Niyə? Çünki internet var.
Böyük həcmdə məlumatın kiçik hissələrlə çatdırılması və qəbul edilməsi səbəbindən diqqətimizi uzun müddətli mərkəzləşdirmək, toplamaq qabiliyyətini itiririk. "Klip" şüuru yaranıb, bu, hələ son həddi deyil.
Sosial şəbəkələr hərəkətin qısa zamanda tamamlanmasından “məmnunluq hissi” (tələsi) yaradır. Şəbəkədə bir yazı yerləşdirdiyiniz anda dofamin ifraz edilir, bu qısa zamanda tamamlanan hərəkətdən məmnunluq hissi doğurur. Sosial şəbəkədən asan həzz almağa bağlılıq belə yaranır.
Daha bir dəyişiklik. Bizim bir-birimizə getdikcə daha az ehtiyacımız var. Dil daha da sadələşdirilib. Bu, daha çox düşünmək imkanı yaradır, amma dilin sadələşdirilməsi təfəkkürü də sadələşdirir. Fenomen olaraq düşünmək qabiliyyəti praktik olaraq tədricən yoxa çıxır.
Bu gün reallaşan “rəqəmsallaşma” prosesləri robotlaşdırmanın bir hissəsidir. Nəticədə artıq insanların böyük əksəriyyəti iqtisadiyyat, texnologiya sahibləri, rəqəmsallaşma prosesləri üçün lazım deyillər.
İndidən insanların lüzumsuzluğu artıq tədricən hiss edilir. Daha insan artımına ehtiyac yoxdur. Orta təbəqəyə də ehtiyac qalmayıb. Texnologiyalara xidmət edənlərin texnologiya sahiblərindən asılılığı daha da artacaq.
Tədricən formalaşan bu vəziyyət utopik sosialistlərin təsvir etdiyi “ideal qul cəmiyyəti”ni xatırladır. Hələ vaxtı ilə K.Marks bu haqda yazırdı: insanları məcbur etmədən başqa insanlar üçün işləməyi öyrətmək lazımdır.
Deyəsən həmin məqsədə nail olunur.
Dos. İlham Əhmədov