Logo

BDU komandası Minskdə keçirilən beynəlxalq müsabiqədə III yerə layiq görülüb

06.12.2024 09:44 166 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Belarusun paytaxtı Minsk şəhərində “Nürnberq prosesi və müasir beynəlxalq hüquq” II beynəlxalq müsabiqədə iştirak ediblər. Müsabiqəyə 5 ölkədən 40-dan çox komanda qatılıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqədə Hüquq fakültəsini IV kurs tələbələri İsmət Bayramov, Zeynal Zeynallı və II kurs tələbəsi Ələm Nəbizadədən ibarət komanda təmsil edib.

BDU komandası müsabiqədə III yerə layiq görülüb və “Müdafiə tərəfinin hüquqi mövqeyinin ən yaxşı təqdimatına görə” nominasiyası üzrə təltif olunub. Komanda iştirakçısı Zeynal Zeynallı isə “Ən yaxşı natiq” nominasiyasının qalibi olub.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/59d0676a-e122-435d-b0bd-07a4cf1d9a60_1000330566.png

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/581a53e0-e6c6-4f66-aba3-c0d82c737d3b_1000330567.png

 

 

 


 

Xəbər lenti