Məktəblər təhsilin yanısıra şaqirdlərin sosial, emosional və psixoloji inkişafını təmin etmək ün mühüm məkanlardır. Bununla belə, son illərin araşdırmaları göstərir ki, Azərbaycanda məktəblərdə peşəkar psixoloqların çatışmazlığı ciddi sosial və təhsil problemlərinə yol açır.
Məktəb psixoloqları, şaqirdlərin psixoloji problemlərinin vaxtında müyən edilməsi və həlli üçün vacibdir. Bu problemlər stress, öyrənmə çətinlikləri, sosial adaptasiya çətinlikləri və ya zorakılıq kimi halları əhatə edir. Lakin Azərbaycanda məktəblərin çoxunda ya psixoloq yoxdur, ya da bu vəzifəni icra edənlərin peşəkar səviyyəsi lazımi standartlara cavab vermir.
Psixoloqların çatışmazlığı birbaşa olaraq şaqirdlərin akademik nəticələrinə, sosial çeviklərinə və emosional rifahına ziyan vurur. Uşaqlar vaxtında dəstək almırsa, bu, uzun müdətdə depressiya, anksiyete, şidrətə meyllilik kimi hallara yol aça bilər.
Psixoloq çatışmazlığı Azərbaycanın təhsil sisteminin həll olunması vacib olan əsas problemlərindəndir. Bu problemin aradan qaldırılması təhsil sisteminin keyfiyyətini artırmaqla yanaşı, şaqirdlərin rifahına da önəmli təsir göstərəcək.
Bəhman Hüseyn