Logo

Xankəndi, Şuşa və Xocalıda ilk dəfə fənn olimpiadaları təşkil olunub

23.12.2024 11:41 34 baxış
IMG

Qarabağın işğaldan azad olunmuş torpaqlarında fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edir.

TƏHSİL.BİZ xəbər verir ki, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli və Füzuli şəhər M. Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird Respublika Fənn Olimpiadalarına qatılıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün isə 29 dekabrda keçiriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Respublika fənn olimpiadalarının keçirilmə məqsədi gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/5cb3596a-3b8f-471a-9d9a-6bd68abbebbc_02-23.12.24-03.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/23%20December%202024/f780f372-c6bf-49bf-b48f-67a5a52c4a74_02-23.12.24-07.jpg

 

 

 


 

Xəbər lenti