Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Firəngiz Mahmudovanın təşkilatçılığı ilə İngilis və fransız dilləri fakültəsinin nəzdində 312 A, B qrupların iştirakı ilə “Ölkəşünaslıq” fənni üzrə “Biz nələri öyrəndik” ("What we have learned") mövzusunda ingilis dilində tədbir keçirilib.
Tədbirdə Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli və kafedranın əməkdaşları iştirak ediblər.
Tələbələr tərəfindən Azərbaycan, Birləşmiş Krallıq və ABŞ-a aid araşdırılmış materiallar və faktlar təqdim olunub.
Hər bir ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasəti haqqında ətraflı məlumat verən tələbələr iştirakçıların suallarını da cavablandırıb.
Sonda çıxış edən kafedra müdiri dosent V.Ağabəyli tədbirin ingilis dilini öyrənən tələbələr üçün ingilisdilli ölkələr haqqında tanışlıq və dünyagörüşü formalaşdırdığını qeyd edib.
Həmçinin, tələbələrin dil bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.