Logo

Məktəb-valideyn əməkdaşlığında problemlər

23.12.2024 11:02 65 baxış
IMG

Məktəb-valideyn Əməkdaşlığı təhsilin keyfiyyətinin artmasında vacib önəm daşıyır. Valideynlərin şaqirdlərin təlim-tərbiyə prosesinə aktiv şəkildə qoşulması, şaqirdlərin akademik nəticələrinin və sosial inkişafını əhəmiyyətli dərəcədə yüksəldir. Bununla belə, Azərbaycanda məktəb-valideyn əməkdaşlığında mühüm problemlər mövcuddur ki, bu da şagirdlərin təhsilinə birbaşa təsir edir.

 

Məktəb və valideynlər arasında çətinliklərin yaranmasının başlica səbəbləri bunlardır:

  1. Əlaqə problemləri: Valideynlərin məktəblə daimi əlaqə saxlamaması və ya öz fikirlərini ifadə etməkdə qərarsız olmaları.
  2. Maarifləndirmə çatışmazlığı: Valideynlərin şaqirdlərin tədris prosesi və məktəbin tələbləri haqqında lazımi bılgiə malik olmaması.
  3. Qəbul edilməyən yanaşmalar: Bəzi valideynlərin məktəbin qayda-qanunlarına mübaxisəli yanaşması, hətta onları ciddi şəkildə tənqid etməsi.
  4. Valideynlərin məşğulluğu: Valideynlərin işlə məşğul olduqları üçün şaqirdlərin tədrisinə kifayət qədər vaxt ayıra bilməməsi.
  5. Psixoloji uyğunluq problemləri: Valideynlər və məktəb heyəti arasında inamın çatışmazlığı, bu da iş birliyini çətinləşdirir.

     

Məktəb-valideyn Əməkdaşlığının zəifliyi birbaşa olaraq şaqirdlərin akademik inkişafına, davranışına və sosial bacarıqlarına neqativ təsir göstərir. Bu cür hallar:

  • Şagirdlərin təhsildə geriqalması;
  • Özünüifadə bacarıqlarının zəifləməsi;
  • Sosial adaptasiya çətinlikləri və tənha hiss etmə halları;
  • Şiddət və zorakı davranışların artması kimi hallarla təzahür edir.

Təklif olunan həllər

  1. Effektiv sisteminin qurulması:
    • Məktəblər valideynlərə rəqəmsal vasitələrlə əlaqə qurmaq imkanı yaratmalı, vaxtaşan, çevik müsələlərə fokuslanmalıdır.
  2. Valideyn maarifləndirmə proqramları:
    • Tədris prosesi, məktəb qaydaları və şaqirdlərin ehtiyacları haqda seminarların keçirilməsi.
  3. Birlikdə tədbirlər:
    • Valideynlərin məktəb tədbirlərinə cəlb edilməsi, məşərətlərdə birgə çıxışların təşkil olunması.
  4. Valideyn komitələrinin aktivləşdirilməsi:
    • Məktəblərdə valideyn komitələrinin yaradılması, onlara dəstəyin artırılması.
  5. Psixoloji dəstəyin genişləndirilməsi:
    • Valideynlərə şaqirdlərin davranış problemləri və ya öyrənmə çətinlikləri ilə bağlı psixoloji yardım təklif olunmalıdır.

 

Bəhman Hüseyn

 

Xəbər lenti