Logo

SOCAR-ın vitse-prezidenti: İqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biri elm və innovasiyadır

06.12.2024 11:39 203 baxış
IMG

Azərbaycan bu il iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə daha bir uğura imza ataraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi etdi. Bu tədbir Azərbaycanın ekoloji problemlərin həllində və bərpaolunan enerji mənbələrinə keçid sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. İqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biri elm və innovasiyadır.

TƏHSİL.BİZ xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həllində yalnız yeni və kreativ tədqiqat yanaşmaları ilə uğur qazanmaq mümkündür: “Azərbaycan bu istiqamətdə təhsil və elmi tədqiqatların dəstəklənməsinə xüsusi önəm verir. Məsələn, Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqat Mərkəzi bu mövzuda yeni yanaşmaların inkişafına ciddi töhfə verir. Eyni zamanda, Şuşa şəhərində həyata keçirilən ekoloji layihələr və digər regional tədbirlər bu sahədə mühüm addımlardandır”.

Xəbər lenti