Logo

Tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyata start verilir

11.12.2024 15:39 110 baxış
IMG

Dekabrın 11-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır.

BŞTİ-dən TƏHSİL.BİZ-ə bildirilib ki, qeydiyyatda 2022-ci və 2023-cü illərdə tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçmiş, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.

Namizədlər dekabrın 17-dək (saat 14:00-dan 17:00-dək) şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər.

Namizədlərə 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerlər təklif ediləcək. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.

Xəbər lenti